Azərbaycan nitrat gübrəsini karbamidlə əvəz edəcək

Azərbaycan nitrat gübrəsini karbamidlə əvəz edəcək
# 09 sentyabr 2019 18:07 (UTC +04:00)

Azərbaycanda istifadə olunan ammonium nitrat gübrəsi gələcəkdə azot tərkibli karbamid gübrəsi ilə əvəzlənəcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov deyib.

Onun sözlərinə görə, burada təbii meyarlar var ki, onların həyata keçirilməsi iqlim və şəraitdən asılı olaraq zaman alacaq.

"Bildiyiniz kimi, ölkədə artıq SOCAR-ın tabeçiliyində karbamid zavodu fəaliyyətə başlayıb. Belə ki, ilk dəfə olaraq azot tərkibli karbamid gübrəsi istehsal olunur. Bu gün kifayət qədər ona tələbat var. Əgər əvvəllər biz onu xaricdən təchizatçı şirkətlər vasitəsilə ölkəyə gətirərək 1 tonunu təxminən 600 manata satırdıqsa, bu gün biz o gübrəni yerli istehsal olduğunu nəzərə alaraq, tonunu 490 manata satırıq. Bu da ümumilikdə məhsulun maya dəyərinin aşağı düşməsinə və fermerlərin istehsal etdiyi məhsuldan daha çox gəlir əldə etməsinə şərait yaradır", - deyə E. Rəhmanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR