Azərbaycan pambığının ixrac dəyəri 54% artıb

Azərbaycan pambığının ixrac dəyəri 54% artıb
# 17 avqust 2022 18:15 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 142 milyon 178.62 min ABŞ dolları dəyərində 60 min 614.99 ton pambıq lifi ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xaricə ixrac edilən pambıq lifinin dəyəri 5,4% artıb, həcmi isə 31,5% azalıb. İxrac edilən pambıq lifinin həcminin azalmasına baxmayaraq ixracdan gələn gəlirlərin artması orta qiymətin artması ilə bağlıdır.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə pambıq lifinin hər tonunun orta qiyməti 53,8% artıb. 2021-ci ilin yeddi ayında bir ton pambıq lifi orta hesabla 1525,4 dollara ixrac edilibsə, bu ilin eyni dövründə bu rəqəm 2345,6 dollara yüksəlib.

Bu dövrdə 25 milyon 268 min manat dəyərində 6 min 45.34 ton iplik pambıq ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,3% və 40,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR