Azərbaycan qarğıdalı idxalını kəskin artırıb

Azərbaycan qarğıdalı idxalını kəskin artırıb
# 17 avqust 2022 12:23 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 14 milyon 624.26 min ABŞ dolları dəyərində 39 min 642.75 ton qarğıdalı idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 64,2%, həcmi isə 2 dəfə artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının hər tonunun orta qiyməti isə 19,2% azalıb. Belə ki, 2021-ci ilin yeddi ayında bir ton qarğıdalının Azərbaycana idxalı orta hesabla 456,7 dollara başa gəlibsə, bu ilin eyni dövründə bu rəqəm 368,9 dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR