Azərbaycan regionlarında orqanik gübrənin istehsalı planlaşdırılır

Azərbaycan regionlarında orqanik gübrənin istehsalı planlaşdırılır
# 21 iyun 2019 12:21 (UTC +04:00)

Azərbaycan regionlarında orqanik gübrənin istehsalı planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sədr müavini Vüqar Zeynalov söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda orqanik gübrə yalnız Bakı şəhərində fərdi sahibkar tərəfindən istehsal olunur. Həmin sahibkar orqanik gübrə istehsalı texnologiyası ilə bölüşməyə hazırdır və ASK bu istehsalın regionlarda təşkilini təşviq edir.

Orqanik gübrə istehsalı ilə məşğul olacaq müəssisələrinin franşıza şərtləri ilə təşkil edilməsi təklif olunur.

“Orqanik gübrənin regionlarda istehsalın təşkilinin məqsədi bu məhsulun tez xarab olması ilə əlaqədardır”, - deyə V. Zeynalov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR