Azərbaycan və Tacikistan birgə aqrar müəssisələr yarada bilər

Azərbaycan və Tacikistan birgə aqrar müəssisələr yarada bilər
# 18 sentyabr 2019 10:41 (UTC +04:00)

Azərbaycan və Tacikistan aqrar sektor sahəsində birgə müəssisələrin yaradılması layihələri üzərində çalışırlar.

"APA-Economics"in məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda keçirilən Azərbaycan-Tacikistan aqrobiznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, sözügedən forumun Tacikistan mütəxəssislərinin Azərbaycanın aqrar sektorunda olan böyük təcrübəsini öyrənilməsi baxımından çox vacibdir.

Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, hazırda tərəflər baxçılıq, heyvandarlıq, üzümçülük, istixanaların yaradılması sahələri üzrə birgə müəssisələrin yaradılması məsələsini nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR