Azərbaycana ət, süd və kərə yağının idxalı artıb

Azərbaycana ət, süd və kərə yağının idxalı artıb
# 17 sentyabr 2022 11:25 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 45 495,85 min dollar dəyərində 26 149,91 ton ət idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu bir il öncəki göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 4%, həcm göstəricisi üzrə isə 1,9% çoxdur.
Hesabat dövründə ölkəyə 11 242,04 min dollar dəyərində (artım 35,5%) 6 630,67 ton (artım 12,6%) süd və qaymaq idxal olunub.
Bununla yanaşı cari ilin ilk səkkiz ayında 74 167,39 min dollar dəyərində 12 946,2 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 48% və 30,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR