Azərbaycanda 4 aylıq taxıl ehtiyatı var

Azərbaycanda 4 aylıq taxıl ehtiyatı var
# 01 dekabr 2022 13:56 (UTC +04:00)

“Taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görülür”.

APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

"Bunlar həm normativ tədbirlərdir, həm də növbəti addım kimi ərzaqlıq buğdanın dövlət ehtiyatı fonduna tədarükü istiqamətində iri taxıl tədarükçüləri ilə müqavilələr bağlanıb. Hazırda ümumi bazarda 4 aylıq taxıl ehtiyatı var”, - deyə sədr müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR