Azərbaycanda aqrar sahədə subsidiyaların verilməsinə dair xidmət reqlamentləri hazırlanır

Azərbaycanda aqrar sahədə subsidiyaların verilməsinə dair xidmət reqlamentləri hazırlanır
  • Clock-gray 12:03
  • calendar-gray 01 Avqust 2019

Azərbaycanda təsdiq olunan kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində subsidiyaların yeni qaydalarla verilməsi kənd təsərrüfatında tətbiq edilən subsidiyaların vahid mexanizmlə verilməsini nəzərdə tutur.

"APA-Economics"in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan tvinninq layihəsinin təqdimatında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə, burada elektron imkanların tətbiqi və fermerlərin birdən çox sahə üzrə subsidiya müraciətlərinin vahid mexanizm üzrə əhatə ediləcək.

"Eyni zamanda subsidiyaların əldə edilməsi üçün fermerlər tərəfindən xərclərin azalmasında müraciətlərin elektron sistem üzərindən operativ qaydada həyata keçirilməsi təmin olunacaq, o cümlədən onların sənədləşmə prosesinin artıq bir dəfə aparılması ilə prosesdə operativliyin təmin edilməsi ilə yanaşı, sənədləşmənin sadələşdirilməsi də əldə olunacaq", - deyə nazir müavini qeyd edib.

İ. Qədimova əlavə edib ki, yeni qaydaya əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında baza məbləği 200 manat müəyyən edilib və yeni mexanizmə uyğun olaraq həmin baza məbləğinə tətbiq ediləcək bitkiçilik sahəsində subsidiyaların hesablanmasında yeni yanaşma tətbiq olunub.

"Bu qaydalar 2020-ci ilin yanvar ayının 1-dən etibarən tətbiq olunacaq. Hazırda nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına subsidiya verilməsi üçün xidmət reqlamentləri hazırlanır", - deyə nazir müavini qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date