Azərbaycanda aqroturizm sahəsində fəaliyyət göstərəcək portal yaradılır

Azərbaycanda aqroturizm sahəsində fəaliyyət göstərəcək portal yaradılır
# 21 noyabr 2019 15:25 (UTC +04:00)

Azərbaycanda aqroturizm sahəsində fəaliyyət göstərəcək portal yaradılır.

Bunu "APA-Economics"ə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov deyib. Onun sözlərinə görə, hazırda portal sınaq rejimindədir və onun ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, portal vasitəsilə aqroturizm sahəsi üzrə turpaketlər təklif olunacaq. Portala bütün fermer təsərrüfatları qoşulacaq. Turistlər seçdikləri turpaketin ödənişini elektron qaydada apara biləcəklər.

"Aqroturizm layihəsinin inkişafı istiqamətində işlərə artıq bir neçə aydır ki, başlanılıb və uğurla davam etdirilir. Bizim üçün bu sahədə italilı fermerlərin təcrübəsi çox maraqlıdır. Bu gün bizim İtaliya tərəfi ilə əməkdaşlığımızın istiqamətlərindən biri də məhz aqroturizmdir ki, biz hazırda onların təcrübəsinin öyrənilməsi istiqamətində proqram üzərində işləyirik. Bildiyiniz kimi, agroturizm İtaliyada kifayət qədər inkişaf edib və biz də Azərbaycanda dövlət dəstəyi ilə bu sahənin inkişafı üzərində çalışırıq",- deyə V.Namazov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR