Azərbaycanda buğda istehsalı azalıb

Azərbaycanda buğda istehsalı azalıb
# 19 sentyabr 2022 15:24 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı təsərrüfatlarda 1 736,1 min ton buğda istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 7,9% azalıb.

Hesabat dövründə 543,4 min hektar sahədə buğda əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5% azdır.

Cari ilin ilk səkkiz ayında buğda yığımında məhsuldarlıq 31,9 sentner təşkil edib. Bu, 2021-ci ilin yanvar-avqust aylarının göstəricisindən 1 sentner və ya 3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR