Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb
# 20 fevral 2023 17:27 (UTC +04:00)

2023-cü il yanvar ayının birinə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 628.6 min ədəd, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 772.1 min baş təşkil edib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 0.8% və ya 20.2 min baş, xırdabuynuzlu heyvanların sayı isə 1.6% və ya 127.6 min baş azalıb.

Xatırladaq ki, 2022-ci ilin yanvar ayının birində iribuynuzlu heyvanların sayı 2 mln. 648.8 min baş, xırdabuynuzlu heyvanların sayı isə 7 mln. 899.7 min baş təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR