Azərbaycanda istixana sahələrinin artırılması pomidorun qiymətini aşağı sala bilər

Azərbaycanda istixana sahələrinin artırılması pomidorun qiymətini aşağı sala bilər
# 03 oktyabr 2019 10:35 (UTC +04:00)

Azərbaycanda istixana sahələrinin artırılması mövsümdən sonra olan dövrdə pomidor satışını, demək olar ki, mövsümə uyğun olan qiymətlərlə təmin etmək imkan verir.

"APA-Economics" in məlumatına görə, bunu jurnalistlərə Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda həm istixana sahələrinin, həm də açıq sahələrinin genişləndirilməsi pomidor istehsalının və ixrac həcmlərinin artırılmasına imkan yaradır: Ölkədə pomidor mövsümünün iki həftə gec başlanması mövsümün hazırda da davam etməsinə səbəb olub, bu da qiymətlərin aşağı düşməsinə imkan yaradıb”.

Hazırda pomidora olan qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə 30-40% aşağıdır, F. Fikrətzadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR