Azərbaycanda kartof istehsalı artıb

Azərbaycanda kartof istehsalı artıb
# 14 sentyabr 2022 13:14 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı təsərrüfatlarda 864,5 min ton kartof istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 4,4% artıb.

Hesabat dövründə 47 min hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,9% azdır.

Bununla yanaşı, cari ilin ilk səkkiz ayında kartof yığımında məhsuldarlıq 184 sentner təşkil edib. Bu isə 2021-ci ilin yanvar-avqust aylarının göstəricisindən 11 sentner və ya 6,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR