Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud və proqnozlaşdırılan zərərlərin siyahısı hazırlanacaq

Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud və proqnozlaşdırılan zərərlərin siyahısı hazırlanacaq
  • Clock-gray 16:33
  • calendar-gray 01 İyul 2019

Kənd təsərrüfatı sahəsində mövcud və proqnozlaşdırılan zərərlərin siyahısı hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii  Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə 2019-2020-ci illərdə kənd təsərrüfatı sığortası sahəsində tariflərin düzgün müəyyənləşdirilməsi və risklərin düzgün idarə edilməsi məqsədilə kənd təsərrüfatı sahəsində mövcud və proqnozlaşdırılan zərərlərin siyahısının hazırlanması tapşırılıb.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date