Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir

Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalı ƏDV-dən azad edilir
# 14 iyun 2019 14:26 (UTC +04:00)

Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikasının istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Bununla bərabər, kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı təyinatlı texnikanın idxalı və satışı ƏDV-dən azaddır.

Qanun layihəsi Milli Məlisin növbədənkənar sessiyasının növbəti iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR