Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,2% artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,2% artıb
# 14 sentyabr 2022 12:07 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7428,8 mln. manat təşkil edib ki, onun da 3341,1 mln. manatı heyvandarlıq, 4087,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7%, bitkiçilik məhsulları üzrə isə 3,6% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR