Azərbaycanda kənd təsərrüfatının istehsalı 4%-ə yaxın artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 4%-ə yaxın artıb
# 17 aprel 2023 13:17 (UTC +04:00)

2023-cü ilin yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1340,1 milyon manat təşkil edib ki, onun da 1264,1 milyon manatı heyvandarlıq, 76 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5%, bitkiçilik məhsulları üzrə 1,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR