Azərbaycanda kənd təsərrüfatının istehsalı 6,3% artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 6,3% artıb
  • Clock-gray 18:31
  • calendar-gray 19 Avqust 2019

2019-cu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4453,7 milyon manat təşkil edib ki, onun da 2230,4 milyon manatı heyvandarlıq, 2223,3  milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 6,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1%, bitkiçilik məhsulları üzrə isə 9,5% artıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir və avqust ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 3220,0 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə olunan məhsul 31,5 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanan 3 min hektar qarğıdalı sahəsindən 14,4 min ton məhsul götürülüb. Yığım başlanandan sahələrdən 576,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 7,9% çox kartof, 1011,4 min ton (9,3% çox) tərəvəz, 349,8 min ton (13,5% çox) bostan məhsulları, 244,0 min ton (17,6% çox) meyvə və giləmeyvə, 5,7 min ton (37,5% çox) üzüm, 476,0 ton (11,1% az) yaşıl çay yarpağı, 2,8 min ton (55% çox) günəbaxan, 5,4 min ton şəkər çuğunduru və 2,3 min ton (12,8% çox) tütün yığılıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3% artaraq 289,3 min ton, süd istehsalı 1,7% artaraq 1219,2 min ton, yumurta istehsalı 6,9% artaraq 1093,4 milyon ədəd və yun istehsalı 1,5% artaraq 14,9 min ton olub. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date