Azərbaycanda kənd təsərrüfatının istehsalı 7% artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 7% artıb
# 18 oktyabr 2019 09:35 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 273,8 milyon manat təşkil edib ki, onun da 2 966,5 mln. manatı heyvandarlıq, 3 307,3 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1%, bitkiçilik məhsulları üzrə isə 11% artıb.

Oktyabr ayının 1-nə dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,5%-i, yaxud 1 034,3 min hektarı biçilmiş və həmin sahələrdən 3 236,1 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çox məhsul götürülüb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 2,9% artaraq 375,5 min ton, süd istehsalı 1,5% artaraq 1 574 min ton, yumurta istehsalı 7,0% artaraq 1386,1 milyon ədəd və yun istehsalı 1,4% artaraq 15,8 min ton olub. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çox barama istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR