Azərbaycanda pambığın mexaniki üsulla kütləvi yığımına başlanılır

Azərbaycanda pambığın mexaniki üsulla kütləvi yığımına başlanılır
# 19 sentyabr 2022 12:07 (UTC +04:00)

Azərbaycanda pambığın mexaniki üsulla kütləvi yığımına yaxın günlərdə start veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci il üzrə pambıqçılıqla bağlı istehsal prosesini əhatə edən kompleks tədbirlər planı icra olunub. Plana əsasən, nəzərdə tutulan tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icra prosesinin monitorinqi həyata keçirilib.
Təkrar səpin də daxil olmaqla, sahələrə 31874 ton toxum səpilib, bunun 2829 tonu lifsiz, 355 tonu lifli toxumlardır. Ümumilikdə bu il sahələrdə 7 pambıq sortunun əkini həyata keçirilib.

Bu il pambıq əkinləri üçün sahələrin şumlanması, səpin, becərmə, aqrotexniki qulluq işlərinin aparılması üçün 9,5 minə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarından, o cümlədən 1878 ədəd traktor, 1320 ədəd çiyidsəpən, 1140 ədəd kultivator, 650 ədəd çiləyici, 255 ədəd gübrəsəpən və digər texnikalardan istifadə edilib.

Normativə əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması, məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1050 ədəd traktor yedəyi tələb olunur. Hazırda ölkədə 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi mövcuddur. Bu isə pambığın kombaynlar vasitəsilə vaxtın və itkisiz yığımını təşkil etməyə tam imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR