Qarayara və digər xəstəliklərə qarşı mübarizə tədbirləri ilə bağlı vəziyyət açıqlanıb

Qarayara və digər xəstəliklərə qarşı mübarizə tədbirləri ilə bağlı vəziyyət açıqlanıb
  • Clock-gray 11:20
  • calendar-gray 02 Avqust 2019

Bu ilin 6 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən xüsusi təhlükəli xəstəliklər hesab olunan qarayara xəstəliyinə qarşı 2 milyon 530 milyon 204 baş iribuynuzlu, 7 milyon 185 min 984 xırdabuynuzlu heyvanlarda, 4 min 105 donuzlarda və 81 min 363 baş təkdırnaqlılarda, 320 baş dəvədə profilaktik peyvəndləmə aparılıb.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

R. Salmanov deyib ki, bu müddət ərzində dabaq xəstəliyinə qarşı 2 milyon 542 min 133 baş iribuynuzlu, 6 milyon 992 min 13 baş xırdabuynuzlu heyvanlarda leptospiros xəstəliyinə qarşı, 375 min 917 baş iribuynuzlu, 195 min 831 baş xırdabuynuzlu heyvanlarda quduzluq xəstəliyinə qarşı, 239 min 136 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə, 617 baş iribuynuzlu heyvanda, 70 baş xırdabuynuzlu heyvanda), nodulyar dermatit xəstəliyinə qarşı 2 milyon 646 min 880 baş iribuynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə qarşı 8 milyon 111 min 569 baş davarda profilaktik peyvəndləmə aparılıb.

Şöbə müdiri qeyd edib ki, cari ilin 6 ayı ərzində bruselyoz xəstəliyinə qarşı "Ştamm-19" vaksini ilə 134 min 524 baş iribuynuzlu heyvanda, "Rev-1" vaksini 515 min 936 baş xırdabuynuzlu heyvanda, donuzların taun xəstəliyinə qarşı 4 min 386 baş donuzda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı "H" vaksini ilə 23 milyon 138 min 83 baş quşda, "La-sota" vaksini ilə 30 milyon 655 min 682 baş cücədə peyvəndləmə aparılıb. O cümlədən həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmə, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 106 min 480 baş iribuynuzlu, 8 min 643 baş xırdabuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Quş qripinə görə 2 dəfə seromonitorinq keçirilib, qan və pataloji materiallar müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində "Quş qripi" xəstəliyinin törədicisi aşkarlanmayıb.

Beləliklə, 2019-cu ilin 6 ayı ərzində respublikada epizotik vəziyyət sabit olub.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date