Azərbaycanda sahələrdən ümumilikdə 1,36 mln. tondan çox taxıl yığılıb

Azərbaycanda sahələrdən ümumilikdə 1,36 mln. tondan çox taxıl yığılıb
# 28 iyun 2022 17:29 (UTC +04:00)

Aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 61 rayonda aparılan taxıl biçini üzrə sahələrdən ümumilikdə 1 364 844 ton məhsul yığılıb. Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub.

Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR