Azərbaycanda taxıl biçininə start verilib

Azərbaycanda taxıl biçininə start verilib
# 09 iyun 2022 14:46 (UTC +04:00)

Bu il Azərbaycanda 1 019 934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606 338 hektarını buğda, 413 596 hektarını isə arpa sahələri təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda 38 rayonda arpa biçini aparılır. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.

İyunun 9-na olan məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR