Azərbaycanda taxıl sahələrinin 73 faizində biçin başa çatıb

Azərbaycanda taxıl sahələrinin 73 faizində biçin başa çatıb
# 06 iyul 2022 14:50 (UTC +04:00)

Azərbaycanda taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2163875 ton məhsul yığılıb.

Bu barədə “APA-Economics” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

“Bölgələrdə taxıl biçini davam edir. Artıq respublika üzrə payızlıq taxıl əkini sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2163875 ton məhsul yığılıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, arpa sahələrinin 88 faizində biçin tam yekunlaşıb, hazırda əsas biçin buğda sahələrində aparılır.

Qeyd olunur ki, taxıl biçini prosesində 1538 kombayn iştirak edir. Onlardan 645-i “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 893 kombayn cəlb edilib.

Bildirilir ki, bugünədək “Aqroservis” ASC-nin kombaynları ilə 277617 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar ilə isə 426593 hektar sahə biçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR