Azərbaycanda zəfərançılıq sahəsinin inkişafına veriləcək subsidiyalar artırıla bilər

Azərbaycanda zəfərançılıq sahəsinin inkişafına veriləcək subsidiyalar artırıla bilər
# 02 sentyabr 2019 17:07 (UTC +04:00)

Azərbaycanda zəfərançılıq sahəsinin stimullaşdıracaq subsidiyaların məbləğinin artırılması ilə bağlı qərar 2020-ci ilin nəticələrinə görə verilə bilər.

"APA-Economics"in məlumatına görə, bunu subsidiyalar mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, zəfəranla bağlı Nazirliyin Aqrar Siyasət Şurasında geniş müzakirələr aparılıb.

"Zəfərançılığı inkişaf etdirmək məsələsi Şuranın üzvləri tərəfindən təklif olundu. Bildiyiniz kimi, zəfəran ixracyönümlü məhsuldur. Azərbaycanda bir o qədər böyük sahədə bu məhsul əkilmir. Builki rəqəm təxminən 30 hektar təşkil edir. Çalışmışıq ki, bu sahəni stimullaşdıraq, ona görə də bu əmsal 2 götürülüb ki, zəfəran istehsalçıları üçün stimul yaransın və daha çox fermer bu subsidiyadan yararlansın", - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, Azərbaycanda 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği zəfəran üzrə 400 manat məbləğində müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR