Azərbaycandan Avropaya ixrac olunan fındıqda aflatoksin aşkarlanma halları azalıb

Azərbaycandan Avropaya ixrac olunan fındıqda aflatoksin aşkarlanma halları azalıb
# 13 sentyabr 2022 15:09 (UTC +04:00)

Azərbaycandan Avropa İttifaqına ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zaqatala rayonunda fındıq ixracatçıları ilə görüşü zamanı çıxış edərkən deyib. O, hazırda ölkədən ixrac olunan bitkiçilik məhsulları arasında fındığın əhəmiyyətli yer tutduğunu qeyd edib.

Qoşqar Təhməzli bildirib ki, ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib.

Öz növbəsində Peter Mixalko bitkiçilik məhsullarının istehsalının, emalının və ixracının beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyini sahibkarların diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan keyfiyyətli fındıq istehsalında dünyada seçilən ölkələrdən biridir.

Görüş zamanı fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı müzakirə olunub, sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb.

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR