Azərbaycanın 6 rayonunda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir

Azərbaycanın 6 rayonunda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir
# 30 iyun 2022 09:41 (UTC +04:00)

Azərbaycanın 6 rayonunda - Ağdam, Ağcabədi, Bərdə, Saatlı, Sabirabad və Samuxda buğdanın orta məhsuldarlığı 40-50 sentner təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda ölkənin 61 rayonunda taxıl biçini davam edir. Taxıl sahələrinin 49%-də, o cümlədən arpa sahələrinin 75%-də biçin başa çatıb.

Bugünədək 87 327 hektar sahədə yay şumu aparılıb, 46 rayon üzrə 5300 hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR