Azərbaycanın bu il pomidor ixracından gəlirləri 134 milyon dolları ötüb

Azərbaycanın bu il pomidor ixracından gəlirləri 134 milyon dolları ötüb
# 31 oktyabr 2022 13:36 (UTC +04:00)

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 mln. dollar təşkil edib.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ni təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb.

Qeyd edilən dövrdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (163,5 mln. dollar) birinci olub. Bu siyahıda pambıq mahlıcı (147,1 mln. dollar) ikinci, tomat (pomidor) (134,3 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 602,2 mln. dollar, Türkiyəyə 511,6 mln. dollar, Gürcüstana 144,6 mln. dollar, İsveçrə Konfederasiyasına 136,3 mln. dollar və ABŞ-a isə 63,8 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR