Azərbaycanın çay ixracı kəskin artıb

Azərbaycanın çay ixracı kəskin artıb
# 20 fevral 2023 12:25 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan 613.27 min dollar dəyərində 70.62 ton çay ixrac edib.

APA-Economics” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə məbləğ baxımından 2.3 dəfə və ya 345.58 min dollar, həcm baxımından isə 34.55 ton və ya 95.7% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ixrac edilən çayın hər tonunun orta qiyməti 8684 dollara bərabər olub. Ötən ilin müvafiq dövründə bu göstərici 7421 dollara bərabər idi.

Xatırladaq ki, cari ilin yanvar ayında çayın ümumi ixracda xüsusi çəkisi 0.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.22%-ə bərabər olub.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR