Azərbaycanın əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi məlum olub

Azərbaycanın əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi məlum olub
# 25 aprel 2022 10:58 (UTC +04:00)

Azərbaycanın bitkiçilik, heyvandarlıq və sənaye emalından keçmiş əsas növ ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi məlum olub.

"APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmasına istinadən xəbər verir ki, bitki məhsulları üzrə ən yüksək özünütəminetmə qoz-fındıq (138%), pomidor (131%), meyvə və giləmeyvə (116,3%), nar (112%) üzrə olub. Ən aşağı göstərici isə buğda (57%) və paxlalı bitkilər (60,3%) üzrə qeydə alınıb.

Heyvandarlıq məhsulları üzrə ən yüksək göstərici yumurta (100%), qoyun və keçi əti məhsulları (97,3%), ən aşağı göstərici isə donuz əti və ət məhsullarındadır (4,7%).

Əsas növ ərzaq məhsulları üzrə təminetmə səviyyəsi ən yüksək meyvə və tərəvəz şirələri (1303,5%), duz (111,3%), marqarin(98%), mineral və qazlı sular (95,9%), unda (95,4%) qeydə alınıb. Bu məhsullar üzrə ən az təminetmə səviyyəsi yarmalar (34,4%) və təmizlənmiş düyü (14,2%) ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR