Azərbaycanın kənd təsərrüfatı sektoru ötən il 3,4% artıb

Azərbaycanın kənd təsərrüfatı sektoru ötən il 3,4% artıb
# 18 yanvar 2022 15:12 (UTC +04:00)

Ötən il Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9,163 mlrd. manat təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Sözügedən göstərici 2020-ci il ilə müqayisədə 3,4% artıb. Kənd təsərrüfatınında istehsalın 4,652 mlrd. manatı heyvandarlıq, 4,511mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 4% artıb.

Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı başa çatıb. 2021-ci ildə qarğıdalı da daxil olmaqla 998,7 min hektar sahədən, hər hektardan orta hesabla 32,8 sentner olmaqla, ilkin çəkidə 3363,0 min ton dənlilər və dənli paxlalı bitkilər toplanıb. 2020-ci ilə nisbətən istehsal 3,3% və ya 105,9 min ton artıb.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ildə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2% artaraq 610,0 min ton, süd istehsalı 1,4% artaraq 2 223,4 min ton, yun istehsalı 0,1% artaraq 16,1 min ton, yumurta istehsalı isə 3,5% azalaraq 1 838,8 mln. ədəd olub.

Ölkədə 497,4 ton barama istehsal olunub, bundan əlavə 960 kq barama toxum istehsalına yararlı hesab olunaraq emal üçün qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR