Azərbaycanın meyvə-tərəvəz ixracı 6%-dən çox artıb

Azərbaycanın meyvə-tərəvəz ixracı 6%-dən çox artıb
# 21 may 2022 12:03 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 162 602,25 min ABŞ dolları dəyərində 127 722,92 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 23,6%, həcmi isə 6,4% artıb.

Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.

Hesabat dövründə 58 217,06 min dollar dəyərində 48 068,01 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 37,7% və 31% çoxdur.

Cari ilin yanvar-aprel ayları ərzində 49 219,2 min dollar dəyərində (39,3% artım) 8 665.26 ton (artım 49,5%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 11 443,1 min dollar dəyərində 17 224,18 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 31% artım, həcm olaraq isə 17,4% azalma müşahidə olunub.
Bu ilin yanvar-aprel aylarında ölkədən 29 669,59 min dollar dəyərində (6,9% az) 39 075,65 ton (azalma 7,7%) xurma ixrac olunub.

Hesabat dövründə nar ixracının dəyəri 18,8% azalaraq 2 424,00 min dollar, həcmi isə 19,3% azalaraq 1 541,27 ton təşkil edib.

İxrac üzrə hesabata ötən ilin may ayından etibarən kartof da daxil edilib ki, bu kateqoriya üzrə ilin bu ilin ilk dörd ayında 2 104,73 min dollar dəyərində 4 55244 ton məhsulu ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR