Azərbaycanın meyvə-tərəvəz ixracının dəyəri 12% artıb

Azərbaycanın meyvə-tərəvəz ixracının dəyəri 12% artıb
# 17 sentyabr 2022 10:55 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 408 242,3 min ABŞ dolları dəyərində 383 296,07 ton meyvə-tərəvəz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 12% artıb, həcmi isə 2,7% azalıb.
Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat, meşə fındığı, alma, xurma, kartof və nar olub.
Hesabat dövründə 134 228,94 min dollar dəyərində 112 301,96 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 4,7% çox və 5,7% azdır.
Cari ilin yanvar-avqust ayları ərzində 62 964,75 min dollar dəyərində (39,8% artım) 11 379,11 ton (artım 48,7%) meşə fındığı ixrac olunub.
Ölkədən həmçinin 18 265,88 min dollar dəyərində 27 502,32 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 7,9% artım, həcm olaraq isə 19,9% azalma müşahidə olunub.
Bu ilin yanvar-avqust aylarında ölkədən 29 669,59 min dollar dəyərində (6,9% az) 39 075,65 ton (azalma 7,7%) xurma ixrac olunub.
Hesabat dövründə nar ixracının dəyəri 19% azalaraq 2 424,00 min dollar, həcmi isə 20% azalaraq 1 541,27 ton təşkil edib.
İxrac üzrə hesabata bu ilin ilk səkkiz ayında 35 085,75 min dollar dəyərində 78 215,52 ton kartof məhsulu ixrac olunub ki, bu da illik ifadədə dəyər baxımından 11,9%, həcm ifadəsində isə 14,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR