Azərbaycanın pambıq lifindən əldə etdiyi gəlir azalıb

Azərbaycanın pambıq lifindən əldə etdiyi gəlir azalıb
# 18 oktyabr 2022 17:45 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 149 068,80 min dollar dəyərində 63 892,13 min ton pambıq lifi ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 34 833,64 ton və ya 35,3%, məbləğ baxımından isə 2 416,3 min dollar və ya 1,6% azdır.

İplik pambığa gəlincə, cari ilin 9 ayı ərzində 7 044,41 ton məhsul ixrac olunub ki, bununla da 28 573,30 min dollar vəsait əldə olunub. Bu, həcm baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 739,84 ton və ya 48,9% az, məbləğ baxımından isə 11 463,31 min dollar və ya 28,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR