Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 59% artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 59% artıb
# 05 fevral 2022 16:02 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. dollar və ya 59% artıb.

2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln dollar artaraq 52,8 min. dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, pambıq lifi ixracı 56,4%, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı isə 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 10,2% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 min. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 71,9% artaraq 172 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR