Azərbaycanın tütün istehsalçıları subsidiyaların məbləğinin artırılmasını istəyib

Azərbaycanın tütün istehsalçıları subsidiyaların məbləğinin artırılmasını istəyib
  • Clock-gray 14:01
  • calendar-gray 09 İyul 2019

Tütün tədarükü mövsümünün başlanılması ilə əlaqədar mövcud vəziyyətlə tanış olmaq məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisə olan "Azərtütün ASK" MMC-nin məsul şəxslərinin iştirakı ilə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün istehsalı ilə məşğul olan fermerlərlə görüşlər keçirilib.

"APA-Economics"in "Azərbaycan Sənaye Korporasiyası”na istinadən verdiyi məlumata görə, görüşdə fermerlərin tütün istehsalı ilə əlaqədar qarşılaşdıqları problemlər, ehtiyaclar ümumiyyətlə mövcud vəziyyət barədə fikirləri dinlənilib. Qeyd olunub ki, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlib.

Fermerlər məhsul istehsalı ilə əlaqədar onlara verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütünün qəbul qiymətinin və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş tütünə görə tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılmasını xahiş ediblər.

Görüşlər çərçivəsində "Azərtütün ASK" MMC ilə tütün istehsal edən sahibkarlar arasında işgüzar əlaqələrin daha sıx təşkil edilməsi, operativliyin təmin olunması, qərarların çevik qəbul edilməsi və tütün istehsalçılarının maraqlarını əks etdirməsi məqsədi ilə hər bir rayonda 5 nəfər fermerin cəlb edilməsi ilə məşvərət şuralarının yaradılması qərara alınıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date