“Azexport” portalına olan sifarişlərin məbləği tarixi minimuma enib

“Azexport” portalına olan sifarişlərin məbləği tarixi minimuma enib
# 31 oktyabr 2022 14:11 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 356,3 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,1 mln. dollar təşkil edib. Həmçinin 2022-ci ilin sentyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərində alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (69 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,048 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR