“AzNar” şirkətinin rəhbərliyində dəyişiklik olacaq

“AzNar” şirkətinin rəhbərliyində dəyişiklik olacaq
# 21 aprel 2022 09:26 (UTC +04:00)

Mayın 27-də “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

APA-Economics” şirkətə istinadən xəbər verir ki, yığıncağın gündəliyində altı əsas məsələ yer alıb. Bunlara QSC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları, 2021-ci maliyyə-təsərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi, QSC-nin yeni redaksiyada nizamnaməsinin, direktorlar şurası və
icra orqanının müəyyən edilməsi məsələləri daxildir. Bundan əlavə, şirkətin restrukturizasiyası və yeni təsərrüfat subyektlərinin yaradılması ilə bağlı məsələlər də gündəmdə olacaq.

Qeyd edək ki, ümumi yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi 120 ünvanında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR