Bakı-Sumqayıt yolunda sürüşmə zonasında yerləşən qaz kəmərinin təmir-tikinti işlərinə başlanılıb

Bakı-Sumqayıt yolunda sürüşmə zonasında yerləşən qaz kəmərinin təmir-tikinti işlərinə başlanılıb
  • Clock-gray 11:11
  • calendar-gray 29 İyul 2019

Bu gün səhər saat 10:00-dan etibarən Bakı-Sumqayıt yolunun “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində qaz kəmərinin təmir-tikinti işlərinə start verilib. Əraziyə texnika və işçi heyət cəlb olunub.

APA-Economics”in “Azəriqaz” İB-yə istinadən verdiyi məlumata görə, diametri 530 mm olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və s. amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb. Bu böyük həcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.

“Artıq qazıntı işlərinə başlanılıb və “Azəriqaz” İB-nin əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar. Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tənzimləyir”, - deyə “Azəriqaz”ın məlumatında bildirilir.

Qeyd edək ki, sözügedən qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib. Həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib

APA-Economics

Digər xəbərlər

Arxiv

date