Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək

Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
# 01 iyun 2022 10:35 (UTC +04:00)

4-5 iyun tarixlərində Bakı və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yarmarkalar qeyd olunan ərazilərdə üç fərqli ünvanda keçiriləcək. Budəfəki yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunacaq. Fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar.

Həmçinin, məhsullarını yarmarka ünvanlarına çatdırmaqda çətinlik çəkən fermerlərə loqistik dəstək göstəriləcək.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR