Bakıda "Beynəlxalq Agro Business Forum-2023" keçirilib

Bakıda "Beynəlxalq Agro Business Forum-2023" keçirilib
# 28 fevral 2023 13:37 (UTC +04:00)

Bu gün Bakıda Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, AGRO TV Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə “Agro Business Forum Azerbaijan–2023” forum-sərgisinin rəsmi açılış mərasimi baş tutub.

"APA-Economics" xəbər verir ki, sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılmasıdır.

Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirinin müavin Elçin Zeynalov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Emin Hacıyev , FAO Azərbaycan Nümayəndəsinin köməkçisi Bariz Mehdiyev, KOB Subyekləri Və Klubların Assosiasiyasının sədri Nigar Ələsgərova və “Agro Tv Turkiyə &Azerbaijan” rəhbəri Doğan Başaran çıxış edərək ölkəmizdə aqrar sahənin geniş inkişaf imkanlarından, gələcək perspektivlərindən və iqtisadi gücün artırılmasındakı mühüm rolundan bəhs ediblər.

Azərbaycanın və eləcə də dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin, dövlət qurumlarından olan nümayəndələrin iştirakı ilə təşkil olunan 5 müxtəlif paneldə sektorun gündəmi müzakirə edilib, iştirakçıları maraqlandıran suallara cavablar verilib.

Qeyd edək ki, Forumun sərgi hissəsində aqrar sahədə fəaliyyət göstərən 45-dən artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdiriblər. Tədbir zamanı intensiv B2B və B2C görüşlər də keçirilib.

Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan kimi ölkələrdən gələn 100-dən çox iş adamı, ümumilikdə 600-dən çox ziyarətçi iştirak edib.

Qeyd edək ki, APA GROUP "Beynəlxalq Agro Business Forum-2023"ün media dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR