Bakıda Pakistanın sitrus meyvələri festivalı keçirilib - FOTO

Bakıda Pakistanın sitrus meyvələri festivalı keçirilib - FOTO
# 10 fevral 2023 16:18 (UTC +04:00)

Pakistan səfirliyinin təşkilatçılığı ilə Pakistan sitrus meyvələrinin festivalı təşkil olunub.

APA xəbər verir ki, festivalda səfir Bilal Hayee çıxış edib.

"Pakistanın sitrus meyvələrini azərbaycanlı dostlarımıza təqdim etməyə şadam. Bilirəm ki, azərbaycanlılar sitrus meyvələrini, xüsusilə də portağalı sevir, siz bu meyvəni müxtəlif ölkələrdən idxal edirsiz. Pakistan da 30 ölkəyə portağal ixrac edir. Bu regiondan Rusiya bizim ən böyük alıcımızdır".

Səfir deyib ki, Pakistan Azərbaycanda da portağal ixrac edir, lakin bu rəqəm çox azdır. "Biz Azərbaycan bazarında yerimizi genişləndirmək, daha çox ixrac etmək istərdik. Ümid edirik ki, yalnız azərbaycanlılar deyil, Gürcüstan, Mərkəzi Asiya ölkələri Pakistanın sitrus meyvələrinin idxalına maraq göstərər. Pakistanın bu ixracı həyata keçirmək üçün həm quru, həm də hava yolu imkanları var", səfir Bilal Hayee deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR