Bakıda “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi açılıb - FOTO

Bakıda “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi açılıb - FOTO
# 03 noyabr 2022 10:54 (UTC +04:00)

Bu gün Bakıda “Rusiya-Azərbaycan Tarla Günü 2022” adlı sərginin açılış mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirin açılışında Rusiya səfiri Mixail Boçarnikov, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və digər şəxslər iştirak ediblər.

Rusiya və Azərbaycan arasında hər bir sahədə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsində hər iki ölkənin maraqlı olması vurğulanıb.

Həmçinin, o da qeyd olunub ki, bu əlaqələrin daha da genişləndirilməsi üçün tərəflər bütün imkanlardan maksimum istifadə edəcək.

“Həştərxan İş Mərkəzi”nin açıq meydançasında kənd təsərrüfatı texnikalarının ixtisaslaşdırılmış sərgisində Rusiyanı 14 müəssisə təmsil edir.

Sərgiyə “Rostselmaş”, “Klever”, “Volqa” Kombinat Zavodu (AGROMASH), “Melinvest”, “Traktor” MMC (URALETS), “Kuzembetevski” RMZ ASC, “Salskselmash” MMC, “AgroPostavka” MMC və başqaları qatılıb.

“Rusiya-Azərbaycan Tarla Günü” sərgisi iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR