Bakıda XI Beynəlxalq Taxıl Ticarət Konfransı keçiriləcək

Bakıda XI Beynəlxalq Taxıl Ticarət Konfransı keçiriləcək
# 17 oktyabr 2019 14:41 (UTC +04:00)

Oktyabrın 22-25-də Bakıda “Global Grain Outlook” XI Beynəlxalq Taxıl Ticarət Konfransı keçiriləcək.

APA-Economics”in Azərbaycanda İxracın və İnvestisiyaların Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, tədbirin Rusiya Taxıl Birliyinin təşkilatçılığı ilə keçiriləcək.

Konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, BƏƏ, İsveçrə və digər ölkələrdən buğda, buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və s. məhsulların istehsalçıları və alıcıları, ekspertlər və bu sahə ilə əlaqəsi olan sahibkarlar iştirak edəcək.

Tədbirdə taxıl istehsalının inkişafında orta və uzunmüddətli tendensiyalar, taxıl istehsalı və taxıl bazarı infrastrukturuna yatırılan investisiyaların təşviqi yolları və istehsalın maliyyələşdirmə mexanizmləri müzakirə olunacaq. Tədbir iştirakçıları həm istehsalçıların, həm də istehlakçıların maraqları balansına əsaslanan "ədalətli" taxıl qiymətinin müəyyənləşdirilməsi və müxtəlif ölkələrdəki bütün əhali qrupları üçün taxıl emalı məhsullarının mövcudluğunu təmin edəcək tədbirlər də müzakirə mövzusu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR