Baş nazir: Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək - VİDEO

Baş nazir: Kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək - VİDEO
# 09 dekabr 2022 12:06 (UTC +04:00)

“Ölkənin ərzaq təhlükəsizliyinin təminatı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə nəzarət gücləndiriləcək”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsinə və onların təyinatı üzrə istifadə edilməsinə nəzarət gücləndirilib: "Azərbaycan Respublikasının vahid torpaq fondu 8,6 mln hektar təşkil edir ki, bundan kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 4,8 mln hektardır (55,2%). Son vaxtlar qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələrinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı çox sayda müraciətlər olunur.

Lakin kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edilməsi arzuolunmazdır və xüsusi nəzarətdə saxlanılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR