Başqırdıstandan Azərbaycana 18 tondan çox hind quşu ətindən yarımfabrikatlar idxal olunub

Başqırdıstandan Azərbaycana 18 tondan çox hind quşu ətindən yarımfabrikatlar idxal olunub
# 15 sentyabr 2022 15:29 (UTC +04:00)

Başqırdıstandan Azərbaycana hind quşu ətindən yarımfabrikatlarının növbəti partiyası yola salınıb.

APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, ixrac edilən partiyanın ümumi çəkisi 18 499 kiloqram təşkil edib.
Ümumilikdə, ilin əvvəlindən hind quşu ətindən məhsulların istehsalı və emalı üzrə şirkət ümumi çəkisi 50 641 kiloqram olan üç partiya məhsulunu ixrac edib. Azərbaycan başqırd müəssisəsinin əsas xarici tərəf müqabili olub.

Qeyd edək ki, Başqırdıstanda “Beynəlxalq Əməkdaşlıq və İxrac” milli layihəsi həyata keçirilir ki, onun hədəf göstəricisi ildə 45 mlrd. ABŞ dolları ekvivalent həcmdə kənd təsərrüfatı məhsullarının satışıdır. Ölkənin kənd təsərrüfatı kompleksinin inkişafı üzrə yenilənən strategiyaya əsasən, bu göstəricini 2030-cu ilə qədər 47 mlrd. dollaradək çatdırılması hədəflənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR