Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri üçün AQTİ-yə infotur təşkil olunub

Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri üçün AQTİ-yə infotur təşkil olunub
# 31 oktyabr 2019 11:28 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) infotur təşkil olunub.

"APA-Economics"in məlumatına görə, infoturda Dünya Bankı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Uşaq Fondu (UNICEF), Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, BMT-nin İnkişaf Proqramı, İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz əməkdaşlıq ofisinin rəhbər və nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərini, ictimaiyyət nümayəndələrini Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən AQTİ, Analitik Ekspertiza Mərkəzi və müasir standartlara uyğun laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış etmək, xarici ölkələrlə qida sahəsində genişlənən əlaqələrin əhəmiyyətinə diqqət çəkməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR