Cari ilin qızıl ehtiyatı ötən illə müqayisədə 4,3 dəfə azdır

Cari ilin qızıl ehtiyatı ötən illə müqayisədə 4,3 dəfə azdır
# 17 aprel 2023 14:48 (UTC +04:00)

Azərbaycanda qızıl və gümüş istehsalı azalıb.

APA-Economics” Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında 411,9 kq qızıl istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 32,3% azalma deməkdir.

Aprelin 1-nə hazır məhsul ehtiyatı 48,8 kq təşkil edir.

Gümüş istehsalına gəlincə, qeyd olunan dövrdə 722,2 kq məhsul istehsal olunub ki, bu da ötən il ilə müqayisədə 45,8% az istehsalat deməkdir.

Aprelin 1-nə hazır məhsul ehtiyatı 32,8 kq təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR