Çin və Avropa ölkələrində Azərbaycanın nar şərabına tələbat artıb

Çin və Avropa ölkələrində Azərbaycanın nar şərabına tələbat artıb
  • Clock-gray 17:13
  • calendar-gray 21 İyun 2019

Çin və Avropanın bir çox ölkələrində Azərbaycanın nardan istehsal olunan şərabına tələbat artıb. Bunu “APA-Economics”ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, Assosiasiyanın istehsalçı və emalçı olan üzvlərinin bir neçəsi artıq nar şərabının istehsalı üçün zəruri olan avadanlıqları alıblar və bu hal müsbət tendensiya alıb.

“İstehsalçıların hədəfi keyfiyyətli məhsul istehsal etməklə yanaşı, ixrac potensialını artırılmasıdır. Hazırda fermerlər üçün düzgün becərilmə, ziyanvericilərə qarşı mübarizə, innovativ üsulların tətbiqi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunur. Ümumilikdə biz istəyirik öyrənək ki, ölkədə bu sahə ilə məşğul olan nə qədər fermerlər var”, - deyə F. Qaraşov qeyd edib. 

Assosiasiyasının sədri əlavə edib ki, yaxın 5 il ərzində nar bağlarının ümumi sahəsi 5 min hektara qədər artırılması nəzərdə tutulur. 

“Nar bağlarının salınması sahələr əsasən Mil-Muğan, Gəncəbasar, Aran və Dağlıq Şirvan zonalarında nəzərdə tutulur. Hazırda ölkə üzrə 23,7 min hektara yaxın nar bağları salınıb. 2018-ci ildə 170 min ton məhsul yığılıb ki, onlardan 9,3 min tonu ixrac olunub. Ötən il ixracın həcmi 2017-ci illə müqayisədə 22% artıb. Təbii ki, bu rəqəmlər bizi qane etmir və bu həddindən artıq çox azdır. Burada müəyyən amillər mövcuddur və biz onların üzərində hazırda çalışırıq. Biz fermerlərin qarşılaşdıqları problemləri öyrənib, onların həllinə kömək edirik”, - deyə Assosiasiyasının sədri qeyd edib. 

Cari ilin məhsuldarlığa gəldikdə F. Qaraşov bildirib ki, hazırda nar məhsulunun çiçəklənmə dövrüdür və konkret rəqəmlər sentyabr ayının əvvəlləri təyin edilə bilər. 

“Dəqiq proqnoz vermək mümkün deyil. Bunun da səbəbi bir sıra amildən asılıdır. Məsələn, iqlim şəraiti, fors-major hal baş verə bilər və yaxud fermerin ehtiyatsızlığı nəticəsində ziyanvericilərə qarşı pestisid dozasını çox və ya az verilməsi müəyyən məhsulun itkisinə səbəb ola bilər. Amma dinamika ilə götürsək deyə bilərik ki, nar ağacı 3-cü ildən məhsul verməyə başlayır və əyər düzgün qulluq olunsa 8-ci ilində bol məhsul alınması şansı var. Burada budama, suvarma, torpağın düzgün qidalandırılması və ziyanvericilərə qarşı düzgün mübarizə aparılmasından çox şey asılıdır”, - deyə F. Qaraşov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date