Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib

Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib
# 13 iyun 2022 13:37 (UTC +04:00)

Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustanda yerləşən dənli bitki toxumlarının emalı müəssisələri mövsümə hazır vəziyyətə gətirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, zavodlarda kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmətlər növbəlilik prinsipi ilə həyata keçiriləcək.

Müəssisələrdə yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların emal edilməsi, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması həyata keçiriləcək.

Zavodların emal gücü saatda 5 tondur. Burada quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını, digər ənənəvi qurğulardan fərqli olaraq 98% təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 % azdır. Zavodlarda həyata keçirilən toxum emalı həm əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR